[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-110.jpg” ]
2-3 dekabr 2013-cü il tarixlərində “Nur” Gənc Qadınların Maarifləndirilməsi ictimai birliyinin həyata keçirdiyi və Azərbaycan Gənclər Fondu tərəfindən maaliyələşdirilən “Gənc Qadınların Biznes Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində gənc qadınlara Biznes fəaliyyətin təşkili, səmərəli idarə olunmasının prinsip və üsulları mövzusu ətrafında təlim təşkil edilmişdir. Təlimçi Əzizov Gündüz iştirakçılara mövzu haqqında geniş məlumat verərək menecmentin əsasları və biznesin təşkilində səmərəli istifadə qaydaları, həmçinin maliyyə vəsaitlərinin əldə edilməsi, ilkin sərmaye və biznes növlərinə də iştirakçıların diqqətini yönəltmişdir.
Həmçinin, İKT ( informasiya kommunikasiya texnologiyaları) vasitələrinin səmərəli istifadəsi və biznes imkanlarının genişlənməsinin faydaları haqqında fikir mübadiləsi aparılmışdır. Təlim zamanı iştirakçılar qruplarda biznes ideyalarını müzakirə etmiş, təqdimatlar keçirmişlər. Təlimlər növbəti mövzuları əhatə etmişdir:
1. Kreditlər, onların növləri, istifadə qaydaları, daşınan və daşınmaz əmlakın icbari sığortası qaydaları;
2. Marketinq;
3. Biznes planın hazırlanması və həyata keçirilməsi.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12059″ id=”12059″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]