[imageeffect type=”none” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-40.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Zərərli vərdişlərdən uzaq, yenilikçi gənclər” layihəsi çərçivəsində sosial çarxların hazırlanmasına başlanılıb. Belə ki, gənclərdən ibarət qrup əvvəlcə layihə üçün aktual olan mövzuları müəyyənləşdirərək insanları zərərli vərdişlərdən uzaq olmağa həvəsləndirən, bu vərdişlərin onların həyat və sağlamlığına mənfi təsir etdiyini özündə əks etdirən sosial çarxlar hazırlayırlar. Qeyd edilən çarxların gənclər arasında təbliği və sosial şəbəkələr vasitəsilə daha geniş əhali kütləsinə çatdırılması nəzərdə tutulub. Siqaret və narkotik maddələrdən istifadə edənlərin yaş tərkibinin ildən-ilə gəncləşdiyini nəzərə alan gənclər bu mövzuya daha çox diqqət yetirməyi qarşılarına məqsəd qoyublar.
Bundan əlavə, sosial çarxlarla yanaşı, eyni mövzulardan bəhs edən buklet və broşürlərin hazırlanması, insanların daha sıx olduğu məkanlarda paylanması da layihənin əsas məqsədləri sırasında yer alıb.