[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed4.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin “Uğurlu gələcək naminə” layihəsi çərçivəsində Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuş erkən nigah və insan alveri barədə iki günlük təlim kursu 30 noyabr və 1 dekabr 2013-cü il tarixlərində başa çatıb. Təlimlərdə iştirak edən 35 nəfər gəncə erkən nigah və insan alverinin hüquqi, tibbi və psixoloji tərəfləri barədə məlumat verilmişdir. Təlim kursunun sonunda iştirakçılara sertifikatlar paylanmışdır.