[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-411.jpg” ]
3 dekabr 2013-cü il tarixində “İdeya qazandı” müsabiqəsinin rejissoru Daniel Katz San-Fransiskodan Bakıya gəlib.
Xatırladaq ki, “İdeya qazandı” gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən Azərbaycanda ilk işgüzar tele-müsabiqədir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Youth İNC proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.
“İdeya qazandı” televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmaye yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirməyə vəsait ayırır. İnvestorlar Paşa Bank, Garant Holdinq kimi nüfuzlu şirkətlər və təcrübəli sahibkarlardır.
Verilişdə 16-35 yaş arası gənclər iştirak edə bilər. İştirak etmək istəyən gənclər yalnız elektron ünvanları vasitəsilə ideyaqazandi.az və atgdc.org saytlarından ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11892″ id=”11892″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]