[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Region gənclərinin ictimai siyasi aktivliyinin artırılması” layihəsinin müəllifi “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyidir. Tədbirə təşkilati dəstəyi isə YAP Gənclər Birliyi verib.
Tədbiri giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov layihənin əhəmiyyətindən danışıb. Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini deyən A.Cavadov bildirib ki, ölkəmizdə gənclərin inkişafı üçün dövlət bütün imkanları yaradır.
“Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin sədri Şəmsi Bayramzadə çıxışında bildirib ki, layihə çərçivəsində bir neçə regionun gəncləri ilə görüşlər və seminarlar keçirilib, iştirakçılara sosial aktivlik və siyasi fəaliyyətlə bağlı ətraflı bilgilər verilib. Layihədə yüzlərlə gənc iştirak etməklə, region gənclərinin sosial aktivliyinin artırılması üçün lazımlı məlumatları qazanmaqla bərabər, müxtəlif ekspertlərlə görüşüb və təcrübələrindən faydalanıblar.
Qeyd edək ki, layihə çərçivəsində “ictimai fəallıq nədir?”, “bir gəncin siyasi karyerası necə olmalıdır?”, “regionum üçün nə edə bilərəm?”, “liderlik” və digər mövzularda seminarlar və görüşlər keçirilib. Layihə çərçivəsində gənclərin siyasi biliklərinin artırılması üçün də lazımlı bilik və təcrübələr bölüşülüb.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11852″ id=”11852″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]