[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/12/unnamed-131.jpg” ]
Cari ilin 30 noyabr tarixində Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGTİ) təşkilati dəstəyi ilə həyata keçirilən “Öz Sözümüz” və “İctimai Davranış Qaydaları” adlı fərdi layihələrin təqdimatları baş tutub.
Tədbiri ATGTİ-nin sədri Şahin İsmayılov açaraq hər iki layihənin tələbə-gənclərin marağına səbəb olacağını qeyd edib. Şahin İsmayılov bildirib ki, ATGTİ hər zaman Gənclər Fonduna verilən fərdi layihələrə təşkilati dəstək göstərməyə hazırdır.
Daha sonra Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov çıxış edərək fərdi layihələrin dəstəklənməsinin Gənclər Fondunun perspektiv sahəsi olduğunu qeyd edib.
Nəzərinizə çatdırırıq ki, “Öz Sözümüz” layihəsinin əsas məqsədi dilimizdə az istifadə olunan sözlərin təbliği, xarici sözlərin istifadəsinin mümkün qədər azaldılmasıdır. “İctimai Davranış Qaydaları” layihəsinin məqsədi isə ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində, həmçinin sosial şəbəkələrdə ictimai davranış qaydalarına əməl olunmasının təbliğidir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11771″ id=”11771″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]