[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/12/unnamed-12.jpg” ]
“Sağlam Düşüncə” Gənclər Təşkilatı “Tütünə yox!” adlı sağlam həyat tərzinin təbliği kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Düşərgəsi təşkil edib.
27 noyabr-1 dekabr 2013-cü il tarixlərində Şəki şəhərində Azərbaycanın müxtəlif regionlarından olan gənclərin iştirakı ilə 5 günlük Gənclər Düşərgəsi keçirilib. Gənclər Düşərgəsinin iştirakçılarına zərərli vərdişlərin insana və cəmiyyətə təsiri haqqında təlim proqramı təşkil edilib. Bu təlim proqramı 3 istiqamətdə aparılıb; məlumatlandırma, psixoloji və PR alətləri ilə işləmək.
Gənclər Düşərgəsinin iştirakçıları gənclər arasında tütünün zərərləri haqqında məlumatlar yayacaq, info-sessiyalar və seminarlar təşkil edəcəklər.
Gənclər Düşərgəsinin əsas məqsədi gənclər arasında “Tütünə Yox!” adlı sağlam həyat tərzinin təbliği kampaniyasında gənclərin iştirakçılığını artırmaq və onların resurslarından kampaniyanın daha da genişlənməsində istifadə etməkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11757″ id=”11757″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]