[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/12/unnamed.jpg” ]
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sahibkarların hüquqlarının qorunması mexanizmləri” adlı kursları uğurla davam edir. 50 müdavimdən ibarət olan kurslar artıq 3-cü ayına start verib. Kurs müddətində gənclər təlimçi-hüquqşünas İlham Məmmədovun təcrübəsindən aşağıdakı mövzularla maariflənmişlər:
1. Hüquq və vəzifələr, onların müdafiəsi anlayışları;
2. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi;
3. Vergi ödəyiciləri, onların qeydiyyatı və fəaliyyəti;
4. Fiziki şəsxlər;
5. Sahibkar fiziki şəxslər;
6. Hüquqi şəxslər;
7. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ;
8. Sahiblik hüququ;
9. Əqdlər
10. Qanunvericilikdə müddətlər və anlayışlar;
11. Öhdəlik hüququ;
12. Müqavilə hüququ;
13. Əmtəə nişanları və patent hüququ;
14. Vətəndaşların müraciətinə baxılması;
15. Əmək hüququ;
16. İnzibati məsuliyyət.
Təlimlərdən birinin qonağı olan ictimai birliyin sədri Elçin Manafov hər kəsin diqqətinə çatdırıb ki, dekabr ayında yekunlaşdırılması nəzərdə tutulan kurslarımızı uğurla bitirən gənclərdən ən azı 5 nəfərin (müdavimlərin 10 %-i) işlə təmin olunmasına dəstək göstəriləcəkdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11717″ id=”11717″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]