[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/12/foto-mekteb-muq-kamel.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətən bizim and yerimiz” adlı layihə çərçivəsində “Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda Milli Olimpiya Komitəsinin Olimpiya mərkəzində elmi-nəzəri praktik konfrans və yeniyetmələr arasında yüngül atletika üzrə yarış keçirilib.
Tədbiri giriş sözü ilə açan Layihə üzrə koordinator N.Qaçayev layihənin mahiyyətindən danışıb. Layihənin rəhbəri M.Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərin uğurları barədə məlumat verib və qeyd edib ki, təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında vətənin müdafiəsində gənclərin fiziki və psixoloji cəhətdən hazırlanmasında pedoqoji kollektivin üzərinə böyük məsuliyyət düşür və bu sahədə maarifləndirmə işlərinə ehtiyac duyulur. Daha sonra digər qonaqlar çıxış etmişlər.
Konfrans başa catdıqdan sonra uşaqlar arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilmiş, idmançılara və qonaqlara rəngli bukletlər paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11685″ id=”11685″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]