[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/12/DSC_0924.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran şəhərində 20 sentyabr-20 noyabr 2013-cü il tarixlərini əhatə edən “Kəşf olunan İnnovativ və Kreativ Gənclik mövzusunda natiqlik məktəbi” layihəsi öz işini uğurla başa vurub. Layihə boyunca cənub regionun müxtəlif rayonlarından 25 nəfər gənc seçim turlarından uğurla keçdikdən sonra layihəyə qoşulmuş, 5 müxtəlif təlim sessiyaları boyunca natiqlik bacarılarına yiyələnmişlər.
Layihənin məqsədi istedadlı gənclərdə natiqlik bacarıqlarının kəşfi və inkişafına dəstək verilməsi kimi mühüm ideyalardan ibarət idi. Layihənin həyata keçirilən sonuncu sessiyasında natiqlik məktəbini uğurla başa vurmuş gənc natiqlərə diplomlar təqdim edilmişdir.
Layihənin rəhbəri Samir Salayevin verdiyi məlumata əsasən layihə regionda böyük maraqla qarşılanmışdır. Layihədə iştirak etmək üçün regionun ayrı-ayrı rayonlarından 75 nəfərdən artıq gənc müraciət etmiş və onlar arasında aparılan seçim nəticəsində 25 nəfər gənc layihəyə vəsiqə əldə etmişdir.
Layihənin həyata keçirilməsinə Lənkəran şəhər Gənclər və İdman İdarəsi də dəstək olmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11672″ id=”11672″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]