[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/portre2sergi.jpg” ]
22 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qərb bölgəsində “Kreativ İstedad” adlı yaradıcı gənclərin əl işləri sərgisi təşkil olunub.
Layihənin əsas məqsədi Gəncə şəhəri və Samux rayonunda yaşayan və faəliyyət göstərən istedadlı gənclərin əl işlərini ictimaiyyətə təqdim etməkdir.
Sərgidə Gəncə şəhərində və Samux rayonunda yaşayan rəssam, dizayner, əl bacaraıqları olan gənclər bir araya toplanıb.
Sərgidə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi, Gəncə şəhəri və Samux rayonunda fəaliyyət göstərən dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Layihəyə “Gənc Dost” Gənclər İctimai Birliyi və Samux rayon Gənclər və İdman İdarəsi texniki dəstək göstərib.