[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/Media1.jpg” ]
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Könüllülük vasitəsilə gənclərin ictimai iştirakçılığı” adlı layihənin icrasını həyata keçirir.
Layihənin məqsədi region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi, könüllülük vasitəsilə gənclərin ictimai fəallığının artırılması, ictimai işlərdə könüllülərin iştirakçılığının artırılmasıdır. Layihənin vəzifələri gənclər arasında könüllülük və ictimai fəallıq mövzusunda debatların keçirilməsi, workshop formatında qrup müzakirələrinin aparılması, təkliflərin hazırlanması, ictimai könüllülük aksiyalarının keçirilməsidir.
Layihə çərçivəsində Yardımlı rayonunda “Könüllü məktəbi” çərçivəsində təlimlər keçirilmişdir. Təlimlərə 4 gün ərzində 100 nəfər gənc cəlb olunmuşdur. Təlimlərdə aşağıdakı mövzular əhatə olunmuşdur: “Könüllülük nədir?”; “Könüllülüyün prinsipləri və məqsədləri”; “Kim könüllü ola bilər?”; “Könüllünün və təşkilatların hüquq və vəzifələri”; “Könüllülərin iştirakçılığı”; “Könüllülük: yerli və beynəlxalq təcrübə”; “Könüllülük sahəsində qanunvericilik”; “Könüllülük sahəsində beynəlxalq gənclər proqramları” və s.
Hər bir regionda seçilmiş gənclərdən ibarət qruplarla “Könüllülük və gənclərin ictimai fəallığı” mövzusunda debatlar da keçirilmişdir. Qrup müzakirələri olmuşdur.
Hər gün layihə iştirakçıları könüllülük aksiyalarına qoşulmuşlar. Aksiyalar ekologiya, təhsil, vətəndaş cəmiyyəti sahələrini əhatə etmişdir.
Layihə çərçivəsində Azərbaycanda ilk nümunələrdən olan Bizim Nəsil GRİA İB tərəfindən nəşr olunan “Könüllü fəaliyyət üçün bələdçi” adlı kitabça layihə iştirakçılarına paylanmışdır. Bu vəsait könüllü fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər tərəfindən maraqla qarşılanmışdır.
Layihə çərçivəsində iştirakçılara müxtəlif nəşr materialları da paylanmışdır. Ümumilikdə layihə Şəmkir, Tovuz, Yardımlı, Siyəzən kimi regionlarda hayata keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11470″ id=”11470″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]