[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_2947edited.jpg” ]
“Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Zərərdən uzaq-idmana yaxın maarifləndirmə aksiyaları” layihəsinin icrasını həyata keçirir.
Layihənin məqsədi qeyri-ənənəvi təhsil metodu-kütləvi idman və bədən tərbiyəsi vasitəsilə gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi ilə bağlı informasiya çatışmazlığının aradan qaldırılması və gənclərin maarifləndirilməsidir.
Layihənin vəzifələri gənclərə layihənin əsas ideyasını asan metodlarla-idman oyunları və hərəkətləri vasitəsilə çatdırmaq, maarifləndirici aksiyaların keçirilməsi, gənclər arasında zərərli vərdişlərin fəsadları mövzusunda zəruri təbliğat və maarifləndirmə işinin aparılmasıdır.
Layihə çərçivəsində Masallı rayonunda gənclərin iştirakı ilə maarifləndirmə aksiyaları-marafon qaçışları, kütləvi bədən tərbiyəsi hərəkətləri, oyunları keçirilmişdir. “Zərərdən uzaq, idmana yaxın” devizi altında marafon qaçışı təşkil olunmuşdur. 100 nəfər gənc marafon qaçışlarına cəlb olunmuşdur. “Biz sağlam həyat tərzini seçirik!” devizi altında 50 nəfər gənc cəlb edilməklə bədən tərbiyəsi hərəkətləri, oyunları icra olunmuşdur.
Həmçinin, layihə çərçivəsində buklet, cib təqvimi, rəngli yazılı köynək, şəhadətnamə iştirakçılara paylanmışdır. Qaliblər mükafatlandırılmışlar.
Qeyd edək ki, layihə çərçivəsində fəaliyyətlər Azərbaycanın 4 regionunda-Sabirabad, Masallı, Şamaxı, Bakıda həyata keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11461″ id=”11461″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]