[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/DSC_3879.jpg” ]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi(TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclərinin təşkilati dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsi çərçivəsində Sumqayıt şəhərində, Nəriman Nərimanov adına Mədəniyyət evində konfrans keçirib.
Konfrans dövlət himninin səslənməsi ilə başlanıb. Tədbiri “Türkiyə Universitetləri Məzunları”İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov açaraq iştirakçılara layihənin əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edənlər vurğulamışlar ki, bu gün dünyada 60 milyona yaxın Azərbaycanlı yaşayır. Onların güclü olması üçün gənc nəslin milli ruhda yetişdirilməsi vacibdir.
Tədbirin sonunda iştirakçılara TUMİB-in diplomlar verilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində digər tədbirlər Gəncə Dövlət Universitetində, Mingəçevir Politexnik İnstitutunda, Tovuz şəhər Mədəniyyət Evində keçirilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11440″ id=”11440″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]