[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/20131110_130919.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Alyarova Ülkərin C kateqoriyası üzrə icra etdiyi “Azərbaycanı kəşf et!” layihəsi çərçivəsində daha bir tədbir Ağstafa rayonunda həyata keçirilmişdir. Tədbir arxeoloji və tarixi abidələrə ekskursiya-təlim xarakterli olmuşdur. Ekskursiya-təlimlərdə ali və orta ixtisas müəssisələrinin tələbələri, orta məktəblərin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Rayon ərazisində çoxsaylı arxeoloji və tarixi abidələr vardır. Onların arasında Aşağı Göyçəli kəndindəki Töyrətəpə adlı, tunc dövrünə aid insan məskəni və Dağ Kəsəmən kəndində tunc dövrünün sonu-dəmir dövrünün əvvəlinə aid Çobandaşlı adlı məskən dünya əhəmiyyətli abidələr sırasına daxil edilmişdir.
Bu cür abidələrlə rayonun başqa yerlərində da rast gəlmək olar. Köçəsgər kəndinin yaxınlığında Molla Nağı təpəsi (daş dövrü), tunc və dəmir dövrlərinə aid Durnatəpə, Böyüktəpə, Şiş Quzeyi Piri və orta əsrlərə aid Haca Dağ Piri adlı abidələr, Ağstafa şəhərinin yaxınlığında tunc və dəmir dövrlərinə aid Cantəpə, Yastıtpə qədim yaşayış yerləri, Kiçik təpə yaşayış yeri (daş, eneolit və tunc)-Aşağı Göyçəli kəndi, Çəpiş təpəsi yaşayış yeri (eneolit-tunc)-Həsənsu çayının ətrafı, Durnatəpə yaşayış yeri (son tunc-ilk dəmir), Böyüktəpə yaşayış yeri (son tunc-ilk dəmir)-Köçəsgər kəndi və s. arxeoloji qazıntılar zamanı bu ərazidə tapılmış küpələr, boyunbağılar, kasalar, vazalar, müxtəlif məişət əşyaları yerli diyarşünaslıq muzeyində saxlanılır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11430″ id=”11430″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]