[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/sehkil.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Ülviyyə Cəmilovanın həyata keçirdiyi “Birlikdə çəkək” layihəsinin dəyirmi masası baş tutub. Dəyirmi masada çıxış edən Ülviyyə Cəmilova layihə haqqında məlumat verərək layihədə xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm bacarıqlarının artırılması və onların sərgisinin keçiriləcəyi haqqında məlumat verib. Tədbirdə müxtəlif QHT, media nümayəndələri və gənclər iştirak ediblər. Görüşdə çıxış edən layihə rəhbərinin köməkçisi bildirib ki, layihə müddətində həyata keçiriləcək işlər layihə bitdikdən sonra da davam etdiriləcək.