[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/DSC_0139.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Yaşıl qutu” adlı fərdi layihə davam edir. Layihənin əsas məqsədi məktəblərdə ekologiya ilə bağlı təlimlər keçirmək və eyni zamanda, həmin məktəblərdə istifadə olunmuş kağızlar, lazımsız, kənara atılmış kitabların yığılaraq yenidən emal olunması üçün “Azərsun Holdinq”ə verməkdən ibarətdir. Bu layihə Suraxanı rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə hazırlanmış və layihənin icrası Suraxanı rayonu tabeliyində olan 5 məktəbdə aparılacaqdır. Gələcəkdə bu məktəblərin sayının artırılması nəzərdə tutulur. Artıq layihənin ilk təqdimatı Günəşli qəsəbəsi, 278 saylı məktəbdə baş tutmuşdur. Bundan başqa, daha 4 məktəbdə keçiriləcək silsilə tədbirlər planlaşdırılır. Bunlar noyabr ayının 26-sı Hövsan qəsəbəsi, 280 saylı məktəbdə, ayın 27-si Qaraçuxur qəsəbəsi, 104 saylı məktəbdə, ayın 28-si Bülbülə qəsəbəsi, 87 saylı məktəbdə və sonuncusu ayın 29-u Əmircan qəsəbəsi, 85 saylı məktəbdə həyata keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11366″ id=”11366″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]