[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_3195.jpg” ]
23 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant müsabiqəsinin qalibi olan “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi(GəncMİİB)nin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Gəlin mühəndis olaq! Let’s be an engineer!” adlı layihənin digər tədbiri Quba rayonunda Heydər Əliyev mərkəzində baş tutub.
Tədbirdə ilk olaraq GəncMİİB-in baş katibi Dəyanət Əhmədov qonaqları salamlayaraq “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondu və digər təşkilatçılar haqqında qısa məlumat verib. Dəyanət Əhmədov bildirib ki, Azərbaycan dövlətinin siyasətinə uyğun olaraq mühəndislik bazasının inkişafı və təcrübəli mühəndislərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə qurulan “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi 2012-ci ildən etibarən daha da aktiv fəaliyyətə keçərək bir çox layihəyə imza atmışdır. Bu gün keçirilən “Gəlin mühəndis olaq! Let’s be an engineer!” layihəsi də qeyd edilən hədəflərə çatmaq üçün sadəcə kiçik bir addımdır. Daha sonra Quba rayonu Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayevə söz verilib. Mustafa Nöhbalayev layihə ilə bağlı fikirlərini bildirib. Tədbirdə digər çıxış edən Quba rayonu Təhsil İdarəsinin aparıcı mütəxəssisi Qələmşah Dostuyev də öz növbəsində tədbir haqqında yüksək fikirlərini şagirdlərlə, media qurumlarının təmsilçiləri və digər qonaqlarla bölüşüb.
Daha sonra isə layihənin təqdimat hissəsinə keçilib. İlk öncə GəncMİİB-in idarə heyətinin üzvü Hikmət Məmmədli “Gəlin tanış olaq” sessiyası ilə tələbələrin bir-birilə tanış olmasına şərait yaradıb. Daha sonra isə Quba və ətraf regionun müxtəlif məktəblərindən gəlmiş 9-cu,10-cu və 11-ci sinif şagirdlərinə 50 sualdan ibarət olan “İxtisas seçim testi” təqdim edilib. Şagirdlərin cavablandırdığı sualların nəticələri tədbirin sonunda onlara paylanılıb. Bu hissədən sonra Hikmət Məmmədli və GəncMİİB-in fəal üzvlərindən Ruslan Əhmədov mühəndislik haqqında seminarlar vermiş, video görüntülər vasitəsilə şagirdlərin mühəndislik haqqında olan məlumatlarını genişləndirmiş, içlərində mühəndis olmaq istyənlər varsa onların mühəndisliyə olan marağı artırılmağa çalışılmışdır.
Fasilədən sonra isə mükafatlandırma mərasiminə keçilərək yarışda qalib gələn masanın üzvləri mükafatlandırılıb.
Sonda isə bütün iştirakçılar ilə xatirə şəkli çəkilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11354″ id=”11354″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]