[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/999617_645731412115719_707622386_n.jpg” ]
16-19 noyabr 2013-cü il tarixləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər üçün Müasir Jurnalistika Məktəbi” layihəsi keçirilmişdir.
Layihənin açılış mərasimi 16 noyabr 2013-cü il tarixində Divan Exspress Bakı otelində baş tutmuşdur.
Açılış mərasimində “Azərbaycan” qəzetinin siyasət şöbəsinin redaktoru İxtiyar Hüseynli, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev, “AZƏRFOTO” İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla, Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, yeni və ənənəvi media sahəsində çalışan aktiv jurnalistlər və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Qonaqlar iştirakçıları salamlayıb, layihə ilə bağlı fikirlərini bölüşərək tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu hesab edib və gənclərə uğurlar arzulayıblar. Mərasim qonaqların çıxışı və sualların cavablandırılması ilə davam edib.
Layihənin ilk günü Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin layihə meneceri və təlimçisi Zəka Quluzadə “Yeni media və multimedia anlayışı”mövzusunda olan təlimi ilə davam etmişdir. O, öz təcrübələrini layihə iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıb.
Layihənin 2-ci günü tele-aparıcı Cəlalə Nəzəroğlu “Uğura aparan yol səlis nitqdən başlayır” mövzusunda təlim keçmişdir.
Layihənin 3-cü günü isə Azxeber.com informasiya portalının baş direktoru Əfsələddin Ağalarov və Editor.az informasiya portalının baş direktoru Azər Niftiyev öz təcrübələrini layihə iştirakçıları ilə bölüşmüşlər.
16 noyabr 2013-cü il tarixində start götürən “Gənclər üçün Müasir Jurnalistika Məktəbi” 19 noyabr 2013-cü il tarixində yekunlaşıb.
Layihənin sonuncu günü “Foto Jurnalistika” mövzusunda olan təlim ilə yadda qalıb. Təlim “AZƏRFOTO” İnformasiya Agentliyinin rəhbəri Ceyhun Abdulla tərəfindən aparılıb.
Təlimin sonunda ekspert iştirakçıların suallarını cavablandırıb və onlara öz məsləhətlərini verib.
100 nəfərə yaxın aktiv gənci bir araya gətirən bu layihədə əsasən natiqlik bacarıqları, “Yeni media və multimedia anlayışı”, “Uğura aparan yol səlis nitqdən başlayır”, sosial şəbəkələrdən səmərəli istifadə, bloqların yaradılması, informasiya texnologiyalarından düzgün istifadə kimi mövzularda olan təlimlər gənclərin “Gənclər üçün müasir jurnalistika məktəbi” layihəsinin əsas predmeti olmuşdur.
Ümumilikdə təlimlərdə praktiki məşğələlərə üstünlük verilmiş və bu da iştirakçıların böyük marağına səbəb olmuşdur. Təlimlər başa çatdıqdan sonra layihənin bağlanış mərasimi keçirilib və iştirakçılar şəhadətnamələr ilə təltif olunublar.
“Gənclər üçün Müasir Jurnalistika Məktəbi” layihəsinin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq və internet jurnalistikaya olan maraqlarını yüksəltmək, eyni zamnda gənclərin yeni media vasitələrindən effektiv istifadə etmələri ilə bağlı fəallıqlarını artırmaqdan ibarətdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11324″ id=”11324″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]