[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_7630.jpg” ]
“Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyi 23 noyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə Yol Göstər” layihəsi çərçivəsində “Özünə inam”, “Hədəf seçmək”, “Vaxtın effektli idarə olunması”, “Bəhanələrə son” və s. başlıqlı mövzularda təlim keçirmişdir. Təlimdə Yasamal rayonu Eldar Məmmədov adına 21 saylı orta məktəbin 9-11-ci sinif şagirdləri, müəllim kollektivi və Yasamal rayonu Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Fərdi İnkişaf üzrə təlimçi İsmayıl Vəliyev çıxış edərək “Bəhanələrə Son”, “Şəxsiyyət sahibi olmağın əhəmiyyəti”, “Dostları düzgün seçmək”, “Hədəf seçmək” kimi mövzulara toxunmuşdur.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış və treyninq iştirakçılarına tədbirlə bağlı müxtəlif bukletlər və İsmayıl Vəliyevin layihə çərçivəsində yenicə nəşr olunmuş “Özünü kəşf et” adlı kitabı paylanmışdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11314″ id=”11314″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]