[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/img-20131109-wa0065.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “İnsan alveri və erkən nikaha qarşı mübarizə” layihəsi həyata keçirilməkdədir.
Belə ki, layihədə Bakının kənd və qəsəbələrindən olan uşaqların, onların valideynlərinin “İnsan alveri və erkən nikah” mövzusunda hüquqi, psixoloji və tibbi istiqamətdə maarifləndirilməsi işləri həyata keçirilmişdir.
Bu müddət ərzində 3 məktəbdə-Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 113 saylı orta məktəbdə, Xəzər rayonu, Qala qəsəbəsi, 92 saylı orta məktəbdə, Xəzər rayonu, Buzovna qəsəbəsi, 26 saylı məktəbdə maariflənmə işləri həyata keçirilmişdir. Təlimlərdə insan alveri və erkən nikah anlayışları barədə ətraflı məlumat verilmiş, problemlə qarşılaşdıqda hansı orqanlara müraciət etmək lazım olduğu barədə informasiyalar təqdim edilmişdir. Layihədə nəzərdə tutulduğu kimi təlimlərin sonunda iştirakçılarla sorğu keçirilmiş, eyni zamanda mövzu barədə məlumat kitabçaları (bukletlər) uşaqlara və məktəb rəhbərliyinə təqdim edilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11284″ id=”11284″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]