[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_8480.jpg” ]
23 noyabr 2013-cü il tarixində Sabirabad rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnternet Media Məktəbi” layihəsi start götürmüşdür. Layihə çərçivəsində 50 nəfər gəncə internet resursları və sosial şəbəkələrdən səmərəli istifadə haqqında məlumat veriləcək. Layihənin vəzifəsi iştirakçıların hər birini bloqqerə çevirib onların virtual bloq şəbəkəsini yaratmaqdır.