[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_2544.jpg” ]
23-24 noyabr 2013-cü il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində 25 nəfər ictimai fəal və bələdiyyə strukturlarında işləyən gənclərə “vətəndaş iştirakçılığı” və “gənclərin yerli özünüidarəetmə orqanlarında iştirak prinsipləri” mövzusunda günlük təlimlər keçirilmişdir. Təlimçi Talıb Bayramov interaktiv metodla fəal vətəndaş anlayışı və xüsusiyyətləri, bələdiyyə strukturlarında fəal vətəndaşın gözləntiləri və töhfələri, gənclərin iştirak formaları, ictimai dinləmələr, gənclər təşkilatları, ictimai şuralar, qərarvermə proseslərində vətəndaş və gənclərin iştirakçılıq forması haqqında biliklər və bacarıqlar aşılayıb. Təlimdə gənclərin yerli və regional idarəçilikdə iştirakının gücləndirilməsi haqqında 2002-ci ildə qəbul edilən Krakov Deklarasiyasının istiqamətləri və prioriteti haqqında məlumat verilmişdir. Təlimin birinci günündə Sumqayıt şəhər Bələdiyyəsinin şöbə müdiri Akif Kərimov təlimdə qonaq qismində iştirak etmiş, gənclərin yerli bələdiyyə haqqında fikirləri, gözləntiləri və fəaliyyətləri ilə bağlı təkliflərini dinləmişdir.
Layihə çərçivəsində növbəti təlim 30 noyabr-1 dekabr 2013-cü il tarixində “Təşkilati quruculuq və liderlik” mövzusunda keçiriləcək. Növbəti təlimin proqramı çərçivəsində Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayevin təlim iştirakçıları ilə görüşü də nəzərdə tutulmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11247″ id=”11247″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]