[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_2062.jpg” ]
17 noyabr 2013-cü il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Sumqayıt şəhərində fəal gənclər və effektiv bələdiyyə xidmətləri” layihəsi çərçivəsində 25 nəfər ictimai fəal və bələdiyyə strukturlarında işləyən gənclərə “Yerli özünüidarəetmə orqanları” mövzusunda 1 günlük təlim keçirilmişdir. Təlimi giriş sözü ilə açan layihənin koordinatoru İsmayıl Kərimov layihə haqqında məlumat vermişdir. Daha sonra təlimçi Babək Məmmədov interaktiv metodla yerli özünüidarəetmə anlayışı, onların funksiyaları, maliyyələşmə mənbələri və imkanları, digər ölkələrdə və respublikanın digər şəhərlərində bələdiyyə təcrübəsi, habelə dövlət idarəçilik sistemində bələdiyyənin yeri və rolu haqqında biliklər aşılayıb. Təlim əsasında iştirakçılar kiçik qruplarla işləyərək Sumqayıt şəhərində sosial, iqtisadi və ekoloji məsələlərdə prioritet məsələlərlə bağlı konsepsiya hazırlamış, bu sahədə Sumqayıt bələdiyyəsinin verə biləcəyi töhfələr qeyd edilmişdir.
Layihənin sonunda iştirakçılar tərəfindən hazırlanan ilkin konsepsiyaların təkmilləşdirməsi nəzərdə tutulub. Layihə çərçivəsində növbəti təlim 23 noyabr 2013-cü il tarixində “Vətəndaş iştirakçılığı” mövzusunda keçirilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11100=”11100ageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]