[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/images1.jpg” ]
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Gənclər Fondunun maliyyə dəstəyi ilə 9-13 dekabr, 2013-cü il tarixində “Avrointeqrasiya-Beynəlxalq Gənclər Forumu” adlı layihəni Bakı şəhərində həyata keçirəcəkdir.
Layihənin məqsədi Azərbaycanın avrointeqrasiya prosesində yeri və rolu barədə Avropa gənclərinə məlumat çatdırılması, Avropa-Azərbaycan gəncləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Avropalı gənclərə Azərbaycan həqiqətləri, əsasən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və enerji siyasəti ilə bağlı müzakirələrin təşkil edilməsidir.
Forumun əsas mövzuları “Avropaya İnteqrasiya prosesində şərq tərəfdaşlığı siyasətində Azərbaycanın rolu”, “Avropa təsisatlarında Azərbaycan gənclərinin fəaliyyətinin aktivliyi”, “Azərbaycanın Avroatlantik məkanda inkişaf perspektivləri” ,“Şərq tərəfdaşlığı” və s. olacaq. 10 Avropa ölkəsindən 15 nəfər iştirakçı Forumda iştiraka vəsiqə qazanmışdır.
Bu ölkələr Fransa, Almaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Polşa, İspaniya, Ukrayna, Belçika və Macarıstan olacaqdır.