[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/DSC03272.jpg” ]
16 noyabr 2013- cü il tarixində “Nur” Gənc Qadınların Maarifləndirilməsi ictimai birliyinin həyata keçirdiyi və Azərbaycan Gənclər Fondu tərəfindən maaliyələşdirilən “Gənc Qadınların Biznes Təşəbbüslərinin Dəstəklənməsi” layihəsi çərçivəsində 200 nəfər gənc qadınlarla aparılan sorğular sona yetib. Sorğuların nəticələri ekspert-təlimçi və könüllülər, həmçinin layihə iştirakçiları olan gənc xanımlar tərəfindən müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq təlim mövzuları müəyyən edilib. Layihə çərçivəsində növbəti ay ərzində müəyyən edilmiş mövzulara əsasən təlimlər təşkil ediləcəkdir.
Sorğuların nəticəsi olaraq 4 təlim mövzusu müəyyən edilib:
1. Biznes fəaliyyətin təşkili, səmərəli idarə olunmasının prinsip və üsulları;
2. Kreditlər, onların növləri, istifadə qaydaları, daşınan və daşınmaz əmlakın icbari sığortası qaydaları;
3. Marketinq;
4. Biznes planın hazırlanması və həyata keçirilməsi.
Qeyd edilən mövzular üzrə təlim proqramı hazırlanmaqdadır, təlimlər zamanı mövzular paylama materiallarında öz əksini taparaq hər bir təlim iştirakçısına paylanacaqdır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11092″ id=”11092″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]