[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/e2902e27bc5e0ec0273b9aa3cb3d7f88.jpg” ]
“Təkan” Tələbə Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclər arasında sosial-psixoloji maarifləndirmə tədbirləri” adlı yeni bir layihəyə start verib. Layihə çərçivəsində Bakı şəhəri və bir sıra regionlarda yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri keçiriləcəkdir. Layihənin həyata keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərə sosial-psixoloji dəstəyin göstərilməsi, bu prosesdə ictimai nəzarət mexanizminin formalaşmasına təkan vermək və həmin yaş kateqoriyasından olan şəxsləri bu mövzu ilə bağlı məlumatlandırmaqdır. Qeyd olunan mövzu ilə bağlı “Təkan” TGİB-i tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi “Özünəqəsdin sosial-psixoloji amilləri” adlı kitab da çap edilmişdir.
Tədbirlərə 16 noyabr 2013-cü il tarixindən başlayaraq start verilib. İlk tədbir Bakı şəhəri, Nizami rayon 129 nömrəli məktəbdə keçirilib.