[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_4510.jpg” ]
Bakıda keçirilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə Gənclər üçün Workshop öz işinə uğurla davam edir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən Workshop-un ilk işçi günü müddətində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq-professor Fuad Məmmədovun “Kulturologiya və insan inkişafı” mövzusunda təqdimatı, Kulturologiya Mərkəzinin eksperti Tamerlan Dəmirbəylinin “İntellektual kapital və bilik menecerləri” mövzusunda master-klassı keçirilib. Tədbirdə, həmçinin, “Avropa, Asiya və Amerikada intellektual mədəniyyət” adlı video-prezentasiya təqdim olunmuş, mövzu ətrafında geniş müzakirələr aparılmışdır. Workshop-un ilk işçi günü “Biliyə əsaslanan iqtisadiyyat və bilik menecmenti” mövzusunda Fokus-qrup ilə yekunlaşdırılıb. Tədbir 3 gün ərzində davam edib. Dekabr ayında keçiriləcək “Akkulturasiya” üzrə hesabat-konfransda isə Workshop-un işinə yekun vurulacaq.
Qeyd edək ki, tədbir “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə Gənclər üçün Workshop layihəsi çərçivəsində reallaşmışdır. Bununla bağlı layihə rəhbəri Tamerlan Dəmirbəyli qeyd edib ki, məqsəd biliyə əsaslanan cəmiyyətin əsasını təşkil edən intellektual mədəniyyətin inkişafı üçün gənclərə universal kulturoloji biliklərin öyrədilməsidir.
Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə oktyabr ayında start verilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə gənclər üçün Workshop layihəsi çərçivəsində artıq “Kulturoloji layihələrin idarə olunması”, “Kulturologiya və milli inkişaf” mövzularında seminar-treninqlər keçirilib, gənc yazarların özünüifadə etməsi üçün Kulturoloji daycestlər nəşr olunub. Layihənin növbəti tədbirləri ölkədə bilik menecerlerinin formalaşdırılması və bunun üçün tədqiqat, texniki dəstək və konsultasiya proseslərinin gənc mütəxəssislərə çatdırılması məqsədilə genişmiqyaslı araşdırmanın aparılması olacaq. Uğurla davam edən layihə dekabr ayında başa çatacaq. Dekabr ayında, həmçinin, layihənin nəticələrini özündə əks etdirən “Akkulturasiya” kitabının təqdimatı da keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11030″ id=”11030″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]