[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/sertifikat.jpg” ]
15 Noyabr 2013-cü il tarixindən etibarən Gəncə şəhərində “Elektron Məktəb” layihəsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsini rəhbər tutaraq Röyal Ağamirzadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Elektron Məktəb” qaçqın və məcburi köçkün müəllim və şagirdlərin elektron təhsil haqqında məlumatlarının artırılması adlı layihəsini həyata keçirir.
Layihə ərzində qaçqın və məcburi köçkün məktəblərində müəllimlər üçün İKT sahəsi ilə bağlı xüsusi təlimlər həyata keçiriləcəkdir.
Layihənin keçirilməsində əsas məqsəd məktəblərdə təhsilə maraq artırmaq və təhsili daha da interaktivləşdirmək, elektron təhsilin Gəncə şəhərində təbliğatını genişləndirmək, müəllimlərin elektron idarəetmə bacarıqlarını artırmaq və dərsləri ən yeni metodologiya ilə şagirdlərə çatdırmaqdır.
Dərslər 15 nəfərlik qruplara 1 gün olmaqla əvvəlcədən müəyyən olunmuş 5 məktəbdə həyata keçiriləcək.