[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/1-2.jpg” ]
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə “Vətən bizim and yerimiz” layihəsi çərçivəsində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş elmi-nəzəri praktik konfrans keçirib.
Tədbirdə GVB-nin İdarə heyətinin üzvləri, regional şöbələrinin nümayəndələri, İdman federasiyalarının, QHT və KİV nümayəndələri və GVB-nin fəxri üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan birliyin mətbuat və informasiya şöbəsinin koordinatoru P.Səfərov layihə əsasında keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib. GVB-nin sədri Müqamət Əliyev ilk öncə Ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edtdikdən sonra Azərbaycan xalqını və tədbir iştirakçılarını konstitusiya günü münasibəti ilə təbrik edib.
Tədbirin sonunda iştirakçılara təsvirli köynək, rəngli buklet və Heydər Əliyevin rəsmi əksi olunmuş döş nişanları paylanılıb.