[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/gt_.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.10-cu bəndinin icrasının təmin edilməsi və İctimai Birliyin 2013-cü il üçün təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq Qusar rayonunda 10 noyabr tarixindən “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır!” şüarı altında hərbi vətənpərvərlik düşərgəsi layihəsi icra olunur. Layihənin keçirilməsində əsas məqsəd “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərlə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, gənclərin Azərbaycanın milli-mənəvi irsi və tarixi haqqında məlumatlandırılması, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Düşərgədə Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin tələbələri, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər. Ümumilikdə düşərgədə 40 nəfər gənc iştirak edib. Düşərgənin 1-ci günü gənclər ilk öncə Qusar rayonunda yerləşən Ümummilli Lider Heydər Əliyevin heykəlinin önünə əklil qoymuş və Qəbələ şəhərində yerləşən “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər. Bundan sonra, düşərgənin yerləşdiyi yerdə rəsmi açılış mərasimi keçirilmişdir. Düşərgənin 2-ci günü iştirakçılara hərbi təlim, stolüstü oyunlar, idman və bilik yarışları keçirilmişdir. Nəzərinizə çatdırırıq ki, düşərgə 13 noyabr tarixinədək davam edib.