[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_06691.jpg” ]
“Gələcəyə İnamlı Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 12-16 oktyabr 2013-cü il tarixlərində “Regionlarda gənclərin məşğulluğunun artırılması” layihəsini həyata keçirmişdir.
Layihənin əsas hissəsi 40-a yaxın gəncin iştirakı ilə Bakı şəhərində keçirilən təlim-tədris kurslarından ibarət idi. Layihənin məqsədi region gənclərinə informasiya texnologiyalarını, iş üçün müraciət qaydalarını, iş axtarma üsullarını və hər bir gəncin müasir dünyada uğur qazanması üçün bilməli olduğu digər mühüm bacarıqları, o cümlədən təşkilatlanma, liderlik və bu sahədə bilikləri artırmaq olmuşdur.
Təlim-tədris kursları zamanı gənclərlə görüşə bir sıra ekspert, dövlət məmuru və millət vəkilləri də dəvət olunmuşdur. Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Rüstəm Abdullayev gənclərə işsizliyin aradan qaldırılması üzrə dövlət proqramı və dövlət gənclər siyasəti haqda geniş məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi Fariz Əhmədov ekspert qismində işsizliyin səbəbləri və aradan qaldırılması yolları və biznes planların hazırlanması barədə mühazirə oxuyub.
Millət vəkili Ceyhun Osmanlı əsasən “uğur” fenomenindən danışmış və gənclərlə interaktiv müzakirələr aparmışdır.
Bundan əlavə, kurslarda regionlarda məşğulluq, tərcümeyi-hal (CV) yazılması, müsahibəyə necə hazırlaşmalı, iş axtaran zaman elektron vasitələrdən istifadə, müraciət məktubunun yazılması, layihə təklifinin əsas elementləri və s. mövzulara aydınlıq gətirilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10854″ id=”10854″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]