[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/download.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Elmi İnkişafına Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə “Sumqayıt şəhərində yaşayan gənclərin məşğulluğunun təmin edilməsi və karyera qurmalarında iştirak” lahiyəsi ilə əlaqədar noyabr ayında 4 günlük təlimin və yekun forumun keçirilməsi nəzərdə tutulub. Təlimlərdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclərin problemləri ilə məşğul olan qurumlar, Dövlət Sosial Müdafiə Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər strukturların regional şöbələri nümayəndələrinin dəvəti gözlənilir.
Layihə çərçivəsində faydalananlar Sumqayıt şəhərində yaşayan 15-22 yaş arası 60 nəfər aztəminatlı gənc olacaq. Bunlardan 30 nəfəri qız və 30 nəfəri oğlan olacaqdır. Bundan əlavə, layihədən 2 nəfər gənc usta faydalanacaq. Onlardan bir nəfəri qadın və 1 nəfəri kişi usta olacağı planlaşdırılır.