[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/1391483_454199998022503_1267119605_n.jpg” ]
“Atəşgah” İntellektual Oyunlar Klubu və Riqanın “İntellekt” Bilicilər Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azəbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan beynəlxalq intellektual festival təşkil edib.
Festival Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə 9-10 noyabr 2013-cü il tarixində Riqa şəhərində yerləşən “Maritim Park Hotel”də keçirilib.
6 ölkədən 50-dək komandanın iştirak etdiyi festivalın proqramına “Nə? Harada? Nə zaman?” və “Xəmsə” milli intellektual oyunu üzrə turnirlərin keçirilməsi daxil olub.
Festival çərçivəsində “Dostluq kuboku” adlı sinxron beynəlxalq turnir də keçirilib.
“Nə?Harada?Nə zaman?” sualları üzrə tematik paketin müəllifləri azərbaycanlı bilicilər Roman Orkodaşvili və Rüfət Abdulla olmuşdur.
Festivalın aparıcısı tanınmış Latviya teatr və kino aktyoru İvar Kalnınş olub.
“Atəşgah” İntellektual Oyunlar Klubunun prezidenti İlkin Yetirmişlinin sözlərinə görə, festivalın keçirilməsində məqsəd əcnəbi biliciləri intellektual oyunlar vasitəsilə Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etmək olmuşdur.
Xatırladaq ki, “Azərbaycan bayrağı” beynəlxalq intellektual festivalı ilk dəfə olaraq keçirilib. Gələcəkdə festivalı hər il keçirmək planlaşdırılır.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10685″ id=”10685″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]