[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/1305473_642625075778232_1704491375_n.jpg” ]
“Dünyaya Pəncərə” Biləsuvar Gənclərinin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın cənub bölgəsində fəaliyyət göstərən gənclərin ictimai fəallığının artırılması məqsədi ilə “Gənclərin gözü ilə yeni gənclər paytaxtı Biləsuvar”-Yeni Media Layihəsi adlı layihə həyata keçirib. Layihə cari ilin iyun-oktyabr aylarında Biləsuvar rayonunda həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, Biləsuvar şəhəri də internetdə keçirilən sosial sorğu nəticəsində ən yüksək səs toplayaraq Azərbaycanın 2013-cü ildə yeni Gənclər Paytaxtı elan olunmuşdur. Aparılan uğurlu gənclər siyasətinə dəstək olaraq Gənclər Paytaxtı olan Biləsuvar rayonunda gənclərin İnternet Jurnalistikası və Yeni Meida sahəsində bilik və bacarıqlarını artırmaq, Biləsuvar rayonunda və Azərbaycanın cənub bölgəsində ictimai, sosial və mədəni sahədə olan fəaliyyətlərin təbliğ olunmasına və region gənclərinin yeni media texnalogiyalarından yaralanmasında yardım etmək məqsədi ilə qeyd olunan layihə uğurla icra olunmuşdur.
Layihənin ünvanlandığı əsas əhali qrupu Azərbaycanın Biləsuvar rayonunda və onun kəndlərində yaşayan yerli gənclər olmuşdur. Layihə çərçivəsində 28-30 oktyabr 2013-cü il tarixlərində Biləsuvar şəhərində “Gənclər və Yeni Media” adlı İnternet Jurnalistikası mövzusunda təlim təşkil olunmuşdur. Təlim bütövlükdə iştirakçıların təcrübəsinə əsaslanaraq qarşılıqlı öyrənmə və mübadilə şəklində təşkil edilmişdir. Fəal iştirak, təqdimatlar, yeni media texnalogiyalarının öyrənilməsi, internet jurnalistika fəaliyyətləri, mühazirə, qruplarla iş, qrup və komanda işi, iştirakçılarla və mütəxəssislərlə fikir mübadiləsi təlimin əsas metodologiyası olmuşdur.
Təlimin iştirakçılarına Azərbaycan Gənclər Fondu-yeni imkanlar, Dövlət gənclər siyasətinin gənclərin inkişafında rolu, İnternet Jurnalistikası, Yeni Media, Sosial Media, Sosial Şəbəkələr, Veb bloq, bloqerlik, Flaşmob və s. mövzular haqqında geniş məlumat verilmişdir. Təlimin sonunda fərqlənən iştirakçılara Şəhadətnamə təqdim olunmuşdur. Həyata keçirilən layihə Biləsuvar gənclərinin informasiya və kommunikasiya texnalogiyaları, internet jurnalistikası, o cümlədən yeni media sahəsində bilik və bacarıqlarının artırılmasında və region gənclərinin beynəlxlaq aləmə inteqrasiya olunmasına lazımi töhfə vermişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10627″ id=”10627″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]