[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/mechanical-engineer-720.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Gənclər Fondunun III Qrant müsabiqəsinin qalibi olan “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Gəlin mühəndis olaq! Let’s be an engineer!” adlı layihənin açılışı Şəki şəhərində “Shaki Palace” otelində 2 noyabr 2013-cü il tarixində keçirilib.
Bu layihə GəncMİİB-in dövlət tərəfdən dəstəklənən ilk böyük layihə olması və Azərbaycan Respublikasının mühəndis bazasının artırılması yönündə atılan addımlar baxımından öz unikallığı ilə seçilir. Layihə üzrə 5 regionda və ilk keçiriləcək olan Şəki şəhərindəki tədbirdə 50-yə yaxın 9-cu, 10-cu və 11-ci sinif şagirdlərinin mühəndis anlayışının formalaşdırılması, mühəndisliyin həyatımızdakı rolu, gələcəyi, Azərbaycandakı perspektivləri, neft ölkəsi olan və dövlət proqramı sayəsində inkişaf edən digər sənayelər üzrə mühəndisliyin nə qədər vacib sahə olduğunu, təcrübəli peşəkarlardan alınan video-müsahibə göstərilərək şagirdlərdə mühəndislik üfüqünün artırılması, ixtisas seçim testi və mühəndislik simulyasiya oyunları vasitəsilə mühəndisliyə meyli olan şagirdlərin seçilməsi, onların mühəndisliyə istiqamətləndirilməsi və bundan sonrakı fəaliyyətlərində GəncMİİB vasitəsilə dəstək göstərilməsi və s. bu kimi məsələlər nəzərdə tutulmuşdur. Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, Şəki şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və digər qonaqlar iştirak edib.
Bundan sonrakı tədbirlər 30 noyabr tarixinə qədər Quba, Lənkəran, Şirvan və Gəncə şəhərlərində keçiriləcəkdir. “Gənc Mühəndislərin İnkişafı” İctimai Birliyi mühəndislik bazasının inkişaf etdirilməsi istiqamətində Azərbaycanın bütün rayonlarında və şəhərlərində silsilə tədbirləri hər il davam etməyi planlaşdırır.
Əlaqə məlumatları:
Tel:(+994512) 464 82 13
Mob:(+99455) 252 56 06
E-poçt: [email protected]