[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/narkomaniya-v-rossii-nemnogo-statistiki1.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai Həyatda Gənclərə Dəstək” İctimai Birliyinin “Həyatımızı sağlam keçirək” (regionlarda narkomaniyanın profilaktikası) layihəsinin icrasına başlanmışdır. Layihənin məqsədi Azərbaycanın regionlarında Qazax, Ağstafa rayonları) insanların sağlam həyat tərzi uğrunda narkotiklərdən istifadəsinə, habelə AİDS-in yayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi, insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi, onlara məlumatların verilməsidir.
Görüş və təlimlər haqqında məlumatlar yerli mətbuata və region TV vasitəsilə əhaliyə çatdırılacaqdır.
Tel: (+99451)3941588
Email: [email protected]