[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/SAM_2796.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası-“Sağlamlıq imkanları məhdud olan gənclər üçün sosial tədbirlər” istiqaməti üzrə “Xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin sosial cəhətdən adaptasiya edilərək cəmiyyətə inteqrasiya olunmalarına dəstək verməkdən ibarətdir.
Layihədən əsasən xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər, onların valideynləri faydalanır. Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri ilə görüşlər keçirilmiş, bu istiqamətdə maarifləndirmə işləri aparılmışdır. Görüşlər zamanı çıxış edən valideynlər bu yönümlü layihələrin keçirilməsinin vacibliyini qeyd etmişlər.
Hazırda fəaliyyət planına uyğun olaraq uşaqlar qruplara bölünərək idmanla reabilitasiyaya cəlb olunurlar. Bu da layihəyə cəlb edilmiş gənclərin sosial cəhətdən adaptasiya edilərək cəmiyyətə inteqrasiya olunmasına yardım etmiş olacaq.
Sonda xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək və dəyərləndirmək üçün qiymətləndirmə aparılacaq. Bunun köməyi ilə uşaqlarda baş verən müsbət dəyişikliklər müəyyənləşəcək.