[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/parlaq.jpg” ]
Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 3-cü qrant müsabiqəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan region gənclərinin ictimai fəallığının artırılması üçün “Özünə dəstək qrupları-gənclərin ictimai fəallığı kimi” layihəsinin icrasına başlayır. Təşkilat rəhbəri Aqil Mehdinin bildirdiyinə görə layihə Azərbaycanın Cənub bölgəsində-Cəlilabad, Lənkəran və Biləsuvarda xüsusi qayğıya ehtiyacı olan gənclərə özünədəstək qrup modeli ortalığa qoymaqla ictimai fəallıq və potensiallarını ortalığa qoymaq imkanını verməyi planlaşdırır.
Layihənin icrasına bu sahə üzrə tədqiqatlar aparmış və tanınmış mütəxəssislər cəlb edilib və təlimlər onlar tərəfindən həyata keçiriləcək. O cümlədən, layihə iştirakçılarına psixoloji və hüquqi konsultasiya, bu sahə üzrə sosiallaşmağa xidmət edəcək biliklər və bacarıqlar veriləcək. Layihə icrası müddətində hədəf region üzrə özünədəstək qruplarının yaradılması alətləri öyrədiləcək.
Layihə çərçivəsində layihənin hədəf bölgələrindən olan xüsusi qayğıya ehtiyaclı gənclər arasında şəbəkənin qurulması ilə ünsiyyət körpüsünün yaradılması və onlar arasında əməkdaşlığın formalaşdırılması da nəzərdə tutulub. O cümlədən, iştirakçılar məlumat kitabçaları, kiçik broşur və bukletlərlə, müxtəlif paylama materialları ilə təmin olunacaqlar.
Layihəyə fəal gəncləri cəlb etmək üçün onların təhsil aldıqları tədris müəssisələrində, müəssisələrdən kənar icmalarda görüşlər keçiriləcək, layihənin məqsəd və vəzifələri barədə məlumat veriləcək.