[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/agf.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə Gənclər üçün “WORKSHOP” layihəsi çərçivəsində nəşr olunan Kulturoloji Daycestin 5-ci sayı işıq üzü görüb. Daycestdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovun “Kulturologiya, təhsil və milli inkişaf” adlı kulturoloji məqaləsi və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Kulturoloji layihələrin idarəolunması” mövzusundakı təlimin materialları əks olunmuşdur. Nəşrdə, həmçinin, “İdarəetmə mədəniyyəti” beynəlxalq təcrübə proqramı haqqında məlumat verilmiş, gənc yazarların kulturoloji yazıları təqdim olunmuşdur.
Daycest iki dildə-azərbaycanca və rusca nəşr olunmuşdur. Daycestin redaktoru keçirilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə Gənclər üçün “WORKSHOP” layihəsinin rəhbəri Tamerlan Dəmirbəylidir.
Daycestin online variantı ilə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz: