[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/20131023_125210.jpg” ]
1 oktyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxs Cəbiyeva Aysel gənclərin tibbi baxımdan məlumatlandırılması, ilkin tibbi yardım qaydalarına yiyələnməsi, zərərli vərdişlər və narkotik xassəli maddələr haqqında maarifləndirilməsi məqsədilə “Sağlam olaq” tibbi layihəsini icra edir. Layihənin icrası 1 dekabr 2013-cü il tarixinədək davam edəcəkdir.
Layihə çərçivəsində Lənkəran şəhərində 4 orta və 1 orta ixtisas təhsili müəssisəsində ilkin tibbi yardım göstərilməsi qaydaları haqqında seminarlar keçiriləcək, o cümlədən, seminarın davamı kimi gənclərə narkotik maddələrin tibbi və ictimai baxımdan törətdiyi fəsadlardan bəhs ediləcəkdir. Bundan əlavə, fəal gənclərə tibbi məlumatları praktik cəhətdən öyrətmək üçün Lənkəran rayonu ərazisində praktik təlim keçiriləcəkdir. Ümumilikdə layihədən 350 nəfərə yaxın gənc yararlanacaqdır.
Əlaqə vasitələri:
AZ 42 00, Lənkəran şəhəri, H.Əliyev küç, 78/6 mən.17
E-mail: [email protected]
Mob.: 055 976 79 51, 051 326 28 32