[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/images.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın Qərb bölgəsində “Həyata yeni baxış” adlı ilk əlil gənclər düşərgəsi həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanın Qərb regionunda Gəncə şəhəri, Samux, Göygöl rayonlarında yaşayan əlil gənclərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq və həmyaşıdları arasında ünsiyyət vasitələrinə yiyələnmək vərdişlərini artırmaqdır.
Layihə çərçivəsində Gəncə şəhəri, Samux, Göygöl rayonlarında yaşayan əlilliyi olan gənclər bir neçə gün ərzində Bakı Olimpik Novxanı Oteldə təşkil olunan Düşərgədə iştirak edəcəklər. Düşərgə zamanı müxtəlif mövzularda təcrübəli təlimçilər tərəfindən təlimlər təşkil olunacaq.
Layihəyə “Gənc Dost” Gənclər İctimai Birliyi və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi texniki dəstək göstərəcək.