[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/samux-yar-2012-big.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Göygöl və Samux rayonlarını əhatə edən “Region Gənclərinin İctimai Fəallığına Dəstək” layihəsi başlayıb.
Layihənin əsas məqsədi region gənclərinin ictimai faəllığının artırılmasına nail olmaqdır. Layihə rəhbəri, Samux rayonu sakini Fuad Həsənov həyata keçirdiyi layihə ilə gənclərin ictimai təşəbbüslərinin dəstəklənməsinə yerli qurumları cəlb etmək, regionlarda yaşayan gənclər və ictimai sektor arasında əməkdaşlığı gücləndirmək, yerli hakimiyyət qurumlarını, bələdiyyə və icmaları gənclərin hüquqlarının müdafiəsinə cəlb etmək, dövlət və QHT sektoru arasında ictimai fəal gənclərin əməkdaşlığını gücləndirmək istiqamətində vəzifələri həyata keçirəcəyini söyləyib.
Layihə çərçivəsində Samux və Göygöl rayonlarının kəndlərində yaşayan gənclərə müxtəlif mövzularda təcrübəli təlimçilər tərəfindən təlimlər təşkil olunacaq və gənclərin ictimai fəallığının artırılmasına yönəldilmiş maarifləndirici bukletlər paylanılacaq.
Layihəyə “Gənc Dost” Gənclər İctimai Birliyi və Samux rayon Gənclər və İdman İdarəsi texniki dəstək göstərəcək.