[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/SDC15131-1.jpg” ]
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Xəzər Mühəndisləri” İctimai Birliyi (Caspian Engineers Society-CES) daha bir layihəni uğurla başa çatdırıb. Bu layihənin əsas məqsədi “İxtiraçı Gənclər Laboratoriyası” yaradaraq texniki fakültələrdə təhsil alan tələbələrin və mühəndislərin yaradıcı, ixtiraçılıq qabiliyyətini və onların kreativliyini inkişaf etdirmək, eləcə də TRİZ (Teoriya Resheniya İzobretatelskix Zadach) brendini tarixi vətəninə qaytarmaq olmuşdur.
Bu layihədə CES sertifikatlaşdırılmış TRİZ mütəxəssisləri ilə əməkdaşlıq etmişdir. Təqdimatçılardan biri 40 ilə yaxın mühəndislik və TRİZ təcrübəsinə malik olan DQS şirkətinin direktoru Boris Şetinkin olmuşdur. Bununla yanaşı, Böyük Britaniya Elektrik Mühəndisləri İnstitutunun Peşəkar üzvü Peter Wong, CES həmtəsisçisi Rüfət Əzizov, TRİZ təlimçisi Ayaz Əmirov, BP Prosesləri İdarə Olunması və Qrupunun rəhbəri Vüsal Şəfiyev kimi mütəxəssislər tərəfindən də çoxsaylı seminarlar keçirilmişdir.
4 mərhələdən ibarət olan layihənin ümumilikdə 100 nəfər iştirakçısı olmuşdur. Sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Qeyd edək ki, bu layihə ilk dəfə olaraq Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçmişdir. “Gənc İxtiraçılar Laboratoriyası” Avropa Milli Mühəndislik Federasiyaları İdarə Heyətinin illik sessiyasında da təqdim olunmuş və böyük marağa səbəb olmuşdur.