[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/c.jpg” ]
“Ümidli Gələcək” Gənclər Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Daxili İşlər Nazirliyi İnsan Alveri ilə Mübarizə İdarəsinin texniki dəstəyi ilə 2013-cü il sentyabr-dekabr ayları ərzində Bakı kəndləri və qəsəbələrində yaşayan qız uşaqlarının erkən nikaha məcbur edilməsi və insan alverinin qurbanı olmasının qarşısının alınması, həmçinin bu hallar baş verərsə, hara müraciət etmələri barədə maarifləndirmə işini həyata keçirəcəkdir. Layihənin əsas məqsədi ölkədə uşaqların (əsasən də qız uşaqlarının) insan alverinin və erkən nikahın qurbanı olmamaları üçün maarifləndirmə işlərini həyata keçirərək bu hadisələrin, uşaq intiharlarının sayının azalmasına, sağlam nəslin yetişməsinə şərait yaradılmasına nail olmaqdır.