[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/1388502_10202173295395400_972511810_n.jpg” ]
Beynəlxalq Gənclər Əməkdaşlığı üzrə Agentlik, Litva Respublikasının Xarici İşlər Nazirliyi və Sosial Müdafiə və Əmək Nazirliyi tərəfindən təşkil olunmuş Şərq Tərəfdaşlığı ölkələrinin Gənclər Forumu 22-25 oktyabr 2013-ci il tarixlərində Litvanın Kaunas şəhərində keçirilmişdir.
Tədbirdə Şərq Tərəfdaşlığı ölkələri, eləcə də Avropa ölkələrindən 200-ə yaxın gənc, gənclər sahəsində çalışan mütəxəssis və tədqiqatçılar, səlahiyyətli nümayəndələr iştirak etmişlər. Forumun əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələri və “Gənclər fəaliyyətdə” proqramının üzv ölkələri arasında gənclər sahəsində həyata keçirilən qeyri-formal təhsilin tanınması mövzusunda təcrübə və fikir mübadiləsi aparmaq, qeyri-formal təhsilin keyfiyyətini və göstəriciliyini artırmaqdan ibarət idi.
Forumda Azərbaycanı qeyri-hökumət təşkilatlarının nümayəndələri və Azərbaycan Gənclər Fondunun nümayəndəsi Lalə Rzayeva təmsil etmişdir. Nümayəndələr ölkəmizdə gənclər sahəsində olan müsbət dəyişikliklər və nailiyyətlər haqqında məlumat vermiş və təcrübə mübadiləsi aparmışlar.
Forumda qeyri-formal təhsilin tanınması, qeyri-formal təhsilin keyfiyyətinin və göstərici səviyyəsinin yüksəldilməsi mövzusunda paralel işçi qruplar keçirilib. Qeyri-formal təhsilin göstəricisi mövzusunda təşkil olunmuş qrup sessiyasında Azərbaycan Gənclər Fondunun əməkdaşı Lalə Rzayeva moderator kimi iştirak etmişdir.
Forumda müxtəlif mövzular üzrə qrup müzakirələri təşkil olunmuşdur. Müzakirələrdə Azərbaycan Gənclər Fondu haqqında məlumat, fəaliyyətini əks etdirən foto və videoroliklər forum iştirakçılaırna təqdim olunmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10235″ id=”10235″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]