[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/1170768_10151820809759722_261026593_n-1.jpg” ]
“Təbiət Dostları” gənclər ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə 7-10 noyabr 2013-cü il tarixlərində Gədəbəy rayonunda “Gənc dağçılar düşərgəsi” adlı layihə həyata keçirəcəkdir. Düşərgənin keçirilməsində əsas məqsəd gənclər arasında dağçılığın inkişafı və bu sahədə nəzəri və praktiki biliklərin artırlmasından ibarətdir.
Düşərgə zamanı keçiriləcək təlim mövzuları:
• Dağçılıq, dağçılıq düşərgələrinin salınması və idarə edilməsi;
• İlk tibbi yardım;
• Dağçılıqda psixoloji möhkəmlik;
• Qərb bölgəsi və onun fiziki-coğrafi şəraiti;
• Təlim-məşq yürüşü;
Düşərgədə 18-35 yaş arası, dağçılıq sahəsində təcrübəsi və ya bu sahədə davam etmək marağı olan gənclər iştirak edəcəklər. İştirakçılar üçün sənəd qəbulu 1 noyabr 2013-cü il tarixinə qədər davam edəcək. Düşərgə haqqında ətraflı məlumatı aşağdakı linkdən əldə edə bilərsiniz: