[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/1-023.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun III Qrant layihəsi çərçivəsində “Gənc müəllimlərin internet resurslarından səmərəli istifadəsinin təbliği” adlı layihəyə start verilib.
“Gənc müəllimlərin internet resurslarından səmərəli istifadəsinin təbliği ” adlı layihə çərçivəsində “Dəyirmi Masa” tədbiri 17 oktaybr 2013-cü il saat 10:00-da Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbdə keçirilib.
Tədbirdə Şəmkir Rayon Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, RTŞ-nin metodkabinet müdiri Firdovsi Aslanov, RTŞ-nin inspektorları Yavər Kərimov, Nurəddin Əmiraslanov və rayon ictimaiyyətinin nümayəndələri, məktəb direktorları və gənc müəllimlər iştirak edirdilər.
Layihə rəhbəri Sona Əliyeva Azərbaycan Gənclər Fondu haqqında tədbir iştirakçılarına məlumat verərək Fondun əsas məqsədinin Azərbaycan gənclərinin intellektual ideyalarını dəstəkləmək olduğunu vurğulayıb. Lahiyənin həyata keçirilməsində əsas məqsəd layihə müddətində Şəmkir Rayon məktəblərinin gənc müəllimlərinin İKT bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, təhsilyönümlü internet resurslarla bağlı geniş məlumat verilməsi və səmərəli, istiqamətlənmiş istifadəsinə nail olmaqdır. Eyni zamanda, təlimlər zamanı internet resursların yaradılması ilə bağlı geniş bilik və bacarıqların əldə edilməsi, Şəmkr rayon gənc müəllimlərinin virtual şəbəkəsinin yaradılması, bunların nəticəsində onların bir biri ilə daha asan əlaqə qurmalarına və təcrübə mübadiləsinə kömək etməkdir. Layihə 3 ay müddətində Rayon ümumtəhsil məktəblərinin müəllimlərini əhatə edərək, hər birində 20 nəfər olmaqla 7 qrup üçün təşkil olunacaq. Layihə yaradıcı müəllimlərə stimul olmaqla yanaşı,onların işlərinin yaradılacaq resurslarda yerləşdirilməsi təcrübə mübadiləsinə və geniş müzakirələrə imkan yaradacaqdır.
Layihə gənc istedadlı müəllimlərin tanınmasına, onların müxtəlif müsabiqələrdə iştirakına, öz potensiallarını göstərməyə kömək edəcəkdir. Layihə müddətində gənc müəllimlərə maarifləndirici bukletlər paylanılması və Şəmkir rayon gənc müəllimlərinin virtual şəbəkəsinin yaradılması nəzərdə tutlur.
Qonaqlar gənc müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsinin vacib və günün tələbi olduğunu vurğulayaraq bu işdə layihə rəhbərinə uğurlar arzulayıblar.