[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/b.jpg” ]
Şəki şəhər sakini Hüseynova Rəvanə Şahin qızı Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc qadınlar arasında sosial aktivliyin artırılması” layihəsi çərçivəsində 13 oktyabr 2013-cü il tarixində Şəki şəhərində yerləşən İdman və Sağlamlıq Mərkəzinin konfrans zalında gənc qadınların sosial aktivliyinin artırılması məqsədi ilə ilk görüş-tədbirini keçirmişdir.
Tədbiri layihənin rəhbəri Rəvanə Hüseynova açıb. Tədbirə dəvət olunmuş ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna bu layihənin həyata keçirilməsi üçün maliyyə dəstəyi ayırdığı, layihə rəhbəri R. Hüseynovaya belə bir aktual və bu gün dövlət əhəmiyyətli problemlərdən birinin-Gənc qadınların asudə vaxtlarının təşkili probleminin həlli məqsədi ilə bu ideyanı irəli sürdüyü üçün öz minnətdarlığını bildirmiş və gələcəkdə də belə tədbirlərin sayının artırılmasını tövsiyyə etmişdir.