[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/2-sayl-mek-foto.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi ilə “Vətən bizim and yerimiz-yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” adlı layihə çərçivəsində “Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda “Maarifçilik fəaliyyətinin genişləndirilməsində ictimaiyyətin rolu” adlı Səbail rayon 2 saylı Humanitar-texniki elmlər liseyində elmi-nəzəri praktik konfrans və təlim keçirilib.
Konfransda layihənin koordinatoru N.Qaçayev tədbirin mahiyyəti barədə məlumat verib.
Konfransda çıxış redən GVB-nin sədr müavini A.Əsədov layihə çərçivəsində keçirilən tədbirlərin uğurlarından söhbət açıb və qeyd edib ki, ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gənclərin milli qürur, vətənə məhəbbət və sədaqət ruhunda hazırlanmasında müəllim və təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə yerlərdə maarifləndirmə işlərinə ehtiyac duyulur.
Konfrans başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib. Tədbirin sonunda tədbir iştirakçılarına, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə rəngli bukletlər və fəxri diplomlar, təsvirli köynəklər, Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin şəkli əks olunmuş döş nişanları təqdim edilib.